6 Dekabr 2020 16:40
1 314
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda karantin rejimini pozamaqda ittiham olunan “AzərEmo” MMC-nin rəhbəri Elkin Xasməmmədov və Pərvin Tatarovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Hafiz Kamranovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası dekabrın 17-nə təyin olunub.

İttihama görə, karantin qaydalarını pozaraq bölgələrdən paytaxta, eləcə də əks istiqamətdə sərnişinlərin hərəkətinə şərait yaradan sürücülər polis əməkdaşları tərəfindən saxlanılıblar.

Keçirilən əməliyyat nəticəsində bu qanunsuz fəaliyyətlə məşğul olan Ağstafa rayon sakini Pərvin Tatarov və onun həmyerlisi “AzərEmo” MMC-nin rəhbəri Elkin Xasməmmədov tutulub.

Araşdırma zamanı məlum olub ki, Elkin Xasməmmədov pul müqabilində təsisçisi olduğu şirkətin adından Pərvin Tatarovun paytaxta gətirdiyi sərnişinləri icazə portalından qanunsuz olaraq qeydiyyatdan keçirib.

Bununla da hər iki şəxs xüsusi karantin qaydalarını pozublar.

Karantin qaydalarını pozan Pərvin Tatarov və Elkin Xasməmmədovun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər