21 Oktyabr 2014 14:25
814
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Apelyasiya Məhkəməsində Hindistan vətəndaşları Raqul Kisor, Arulkumaran Paramasiqan, Nadarjan Tanikasaminin apelyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 205.2.3-cü (saxta kredit və ya hesab kartlarını və ya başqa ödəniş sənədlərini hazırlama, əldə etmə və ya satma) maddəsi ilə ittiham ediliblər.

Təqsirləndirilən şəxslər bankomatlardan kodlar vasitəsilə pul çıxarıblar və bununla da banklara külli miqdarda ziyan vurublar. Onların qanunsuz əməlləri Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən aşkar olunub.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Raqul Kisor 9 il, Arulkumaran Paramasiqan 8 il, Nadarjan Tanikasamin 9 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər cəzalarının yüngülləşdirilməsini istəyiblər.

Hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin şikayəti üzrə qərar elan edilib. Qərara görə, Hindistan vətəndaşlarının apelyasiya şikayətləri təmin edilməyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər