21 Oktyabr 2014 18:15
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə ittiham olunan Pərviz Murtuzovun cinayət işi üzrə məhkəmə başlayıb.

Teleqraf.com xəbər verir ki, bu ilin aprelin 22-də Sabunçu qəsəbəsinin Musabəyov küçəsində qəsəbə sakini Pərviz Murtuzov münaqişə zəminində həmyerlisi Seymur Hüseynovu bıçaqlayıb. O, Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub.

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Məhkəmə oktyabrın 31-də davam etdiriləcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər