Facebook-da 22 yaşlı qızın çılpaq şəklini yaydığına görə ABŞ-ın Virciniya ştatının Oqasta şəhərində yaşayan üç uşaq anası, 28 yaşlı Reyçel Linn Kreyqə qarşı ittiham irəli sürülüb.
Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, amerikalı qadının günahı təsdiqlənərsə, onu 1 illik həbs cəzası və ya 2,5 min dollar cərimə gözləyir.
Xəbərə görə, qadın keçmiş sevgilisindən qisas almaq məqsədilə onun qızının çılpaq fotosunu sosial şəbəkədə yayıb. Qızın telefonunda olan fotonu qadının necə əldə etdiyi barədə məlumat verilmir.
Nihad