22 Oktyabr 2014 07:34
1 490
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda avtomobilin idarəetməsini itirən sürücü yol qəzası törədib.

Teleqraf.com-un məlumatına görə, hadisə Ramiz Məmmədov küçəsində baş verib. Kamran Mehdiyev "Opel" markalı avtomobillə şəhər mərkəzi istiqamətində hərəkətdə olarkən qəfildən qarşısına piyada çıxıb. Piyadanı vurmamaq üçün avtomobili sağ tərəfə döndərən sürücü maşını yeni tikilən körpünün dirəyinə çırpıb. Qəza zamanı sürücü Kamran Mehdiyev və avtomobildə olan 2 sərnişin xəsarət alıblar. Yaralılara ilk yardımı hadisə şahidləri göstəriblər.

Yaralılar təcili tibbi yardım avtomobili ilə Kliniki Tibbi Mərkəzə çatdırılıblar. Xəstəxanadan APA-ya verilən məlumata görə, onların vəziyyəti qənaətbəxşdir.

Yanğın təhlükəsi yarandığından hadisə yerinə FHN-in Yanğından Mühafizə Xidmətinin texnikası və canlı qüvvəsi cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif:

Oxşar xəbərlər