Bakının Nərimanov rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hadisə rayonun Z.Bünyadov prospektində qeydə alınıb. Şəxsiyyəti müəyyən edilməmiş sürücü idarə etdiyi “Daewoo” markalı 82 saylı xətt avtobusu ilə yolu keçən Füzuli rayon sakini Asəf Şirinovu vurub. Sütrücü avtobusu hadisə yerində ataraq qaçıb. Asəf Şirinov hadisə yerində ölüb.
Sürücünün müəyyən edilərək tutulması üçün Nərimanov rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Hacı Zeynalov