7 Fevral 2021 15:41
635
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il dövlətin iqtisadi təhlükəsizliyinin qorunması baxımından xüsusilə aktual olan cinayətlərə qarşı aparılan əməliyyat tədbirləri ilə 39 (+13) saxta pul hazırlama və satma cinayəti aşkarlanıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən bildirilib.

Məlumata görə, qanunsuz dövriyyədən 1672 ədəd müxtəlif nominalda saxta əskinas, istifadə müddəti ötmüş 4790 ton yeyinti məhsulu və tikinti materialı çıxarılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər