Bakının Qaradağ rayonunda ticarət mərkəzlərindən birində oğurluq edilib.
Bu barədə Teleqraf.com-a Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsindən məlumat verilib.
Məlumata görə, Lökbatan qəsəbəsində yerləşən ticarət mərkəzində Rusiya Federasiyası vətəndaşı Salimat Qazıyevanın cibindən 100 manat və mobil telefon oğurlanıb.
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə təqsirli bilinən Bakı şəhər sakini Qönçə Şamilova tutulub.
Hacı Zeynalov