8 Mart 2021 09:34
666
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmaz rayonunda qəsdən adam öldürməyə cəhd etməkdə ittiham olunan Vüsal Kərimovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı martın 9-na təyin olunub.

İttihama görə, Xaçmaz rayonu, Uzunoba kənd sakini 1974-cü il təvəllüdlü Vüsal Kərimov aralarında yaranmış münaqişə zəminində Xaçmaz rayonunun Qusarçay kənd sakini, 1985-ci il təvəllüdlü Nəriman Yusifovun üzərinə benzin tökərək yandırıb.

Ağır yanıq xəsarətləri alan Nəriman Yusifov Bakıda yerləşən tibb müəssisələrindən birinə aparılıb.

Ona tibbi yardım göstərilib.

Vüsal Kərimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İstintaq orqanı tərəfindən Vüsal Kərimovun barəsində Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər