Oktyabrın 30-da meyxanaçı Bayram Kürdəxanlının cinayət işi üzrə məhkəmə başlayacaq.
Bu barədə Teleqraf.com-a Sabunçu rayon Məhkəməsindən məlumat verilib.
Məlumata görə, Bayram Kürdəxanlının cinayət işi bir neçə gün əvvəl məhkəməyə daxil olub.
Meyxanaçının cinayət işi üzrə məhkəmənin hazırlıq iclası oktyabrın 30-a təyin olunub.
İttihama görə, Bayram Kürdəxanlı bu ilin iyulun 12-də Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həbs edilib.
Hacı Zeynalov