"Meqa-Siti Holdinq” MMC-nin rüşvət və dələduzluqda təqsirləndirilən vəzifəli şəxsləri - Maksim Zeynalov, Elnur Məmmədov, Fariz Nuruyev, Tamara Novruzova və Adil Qəribovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Zeynal Ağayevin icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
İttihama görə, Maksim Zeynalov, Elnur Məmmədov, Fariz Nuruyev, Tamara Novruzova və Adil Qəribovun təqsirləndirilidiyi iş üzrə 60-dan çox zərərçəkmiş var.
Hüdürmərtəbəli yaşayış binasının tikintisi ilə məşğul olan "Meqa-Siti Holdinq”in payçıları Aqil Qədirov və Elnur Məmmədov iki il əvvəl 1 milyon manatlıq dələduzluqda ittiham edilərək məhkum ediliblər.
Onlar inşa etdikləri yaşayış binasındakı eyni mənzili bir neçə nəfərə satmaqda təqsirli bilinirlər.