28 Oktyabr 2014 09:36
881
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şamaxı rayonunda quldurluq edən şəxslər həbs edilib.

Bu barədə Teleqraf.com-a Şamaxı rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri Famil İbadov, Möhlət Möhlətov və Samir Məmmədov yaxalanıblar.

Müəyyən edilib ki, mütəşəkkil dəstənin üzvləri oktyabrın 24-də Qafur Dəmirov və Rəşad Dəmirovu döyüblər. Onlar zərərçəkmişlərdən 35 manat və mobil telefonu alıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər