28 Oktyabr 2014 12:42
869
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi Gəncə şəhərində baş verən silahlı insidentlə bağlı məlumat yayıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, oktyabrın 27-də Gəncə şəhərində şəhər sakini, əvvəllər məhkum olunmuş Sənan Qurbanov odlu silahdan açılmış atəşdən aldığı güllə yarası ilə xəstəxanaya gətirilib.

Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisənin şəhər sakini, əvvəllər məhkum olunmuş Qalib Cəfərov tərəfindən törədilməsi müəyyən edilib.


Faktla bağlı əməliyyat-axtarış tədbirləri aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər