3 Aprel 2021 10:38
539
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şirvan şəhərində qəsdən adam öldürməyə cəhd etməkdə ittiham olunan Mirhüseyn Nağıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Elxan Süleymanovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, bu il yanvarın 4-də, saat 13 radələrində Şirvan şəhər sakini 1993-cü il təvəllüdlü Məmmədli Ayşən Hafiz qızına yaşadığı evdə bıçaqla xəsarət yetirilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı 1957-ci il təvəllüdlü Mirhüseyn Nağıyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirməklə Ayşən Məmmədlini qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Mirhüseyn Nağıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

İstintaq orqanı tərəfindən Mirhüseyn Nağıyevin barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqlq, təhlükəli üsualla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Mirhüseyn Nağıyev “Bizim vətən” ictimai-siyasi qəzetinin təsisçisi və baş redaktorudur.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər