3 Aprel 2021 11:56
523
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Şəhər İcra Hakimiyyətinin sabiq Aparat rəhbəri Rasim Quliyevin barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə istintaq orqanını vəsatətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, Binəqədi rayon Məhkəməsinin qərarı ilə istintaq orqanını vəsatəti təmin olunub və Rasim Quliyevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Rasim Quliyev barəsində aparılan yoxlamalar zamanı onun korrupsiya əməlləri ortaya çıxıb.

Sabiq aparat rəhbəri Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

Ona Cinayət Məcəlləsinin rüşvət alma, mənimsəmə, vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham verilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər