6 Aprel 2021 14:21
504
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən 2003-cü il təvəllüdlü Rəvan Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Nural Əliyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası aprelin 19-na təyin olunub.

İttihama görə, ötən il yanvarın 5-də, saat 15 radələrində Şəmkir şəhər sakini 2003-cü il təvəllüdlü Əhliman Tağıyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 2003-cü il təvəllüdlü Rəvan Hüseynovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı istintaqa məlum olmayan alətlə Əhliman Tağıyevə xəsarətlər yetirərək sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Rəvan Hüseynov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

İstintaq orqanı tərəfindən Rəvan Hüseynovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər