30 Oktyabr 2014 15:36
887
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirli bilinən Nazim Bağırovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Nazim Bağırov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxs bu ilin iyunun 1-də Nəsimi rayonu ərazisində Təzəgül Musayevanın 180 manatını əlindən alaraq qaıb. Nazim Bağırov Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsinin əməkdaşları tərəfindən həbs edilib.

Nazim Bağırov Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə ittiham edilir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər