Bir qrup İmişli rayon sakini rayon polis şöbəsinə ərizə ilə müraciət edərək müxtəlif vaxtlarda onlara məxsus mağaza və evlərdən oğurluq edilməsi barədə məlumat veriblər.
Teleqraf.com xəbər verir ki, daxil olan müraciətlərlə əlaqədar İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən müvafiq əməliyyat-axtarış tədbirləri keçirilib.
Nəticədə oğurluq əməllərini törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
Araşdırmalarla onların əvvəllər məhkum edilmişlər İlkin Əliyev və Taleh Aşurov olduğu müəyyən edilib. Həmin şəxslərin pul, kontur, siqaret, xırdabuynuzlu heyvanlar oğurlamaqla ayrı-ayrı şəxslərə 5 min manatdan artıq ziyan vurduqları müəyyən edilib.
Saxlanılanların rayon ərazisində digər cinayətlər törətmələri istisna olunmur.
Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə İmişli rayon polis şöbəsinə və Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.
Faktla bağlı İmişli rayon polis şöbəsində araşdırmalar davam etdirilir.