17 May 2021 19:47
619
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində İdarənin bir neçə əməkdaşı saxlanılıb.

Əməliyyat zamanı içərisində İdarənin yüksək vəzifəli şəxslərinin rüşvət alarkən tutulduğu qeyd edilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən Teleqraf.com-a bildirib ki, bununla bağlı ictimaiyyətə daha sonra ətraflı məlumat veriləcək.


Müəllif: Teleqraf.com