Türkiyənin Manisa bölgəsində 45 yaşlı S.S. küçədə birlikdə gedərkən mübahisə etdiyi 26 yaşlı qadını - G.M-nı ətrafdakıların qorxu dolu baxışları arasında tapançayla ayaqlarından yaraladı.
Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, bir müddət qadının yanında gözləyib, sonra qaçmağa çalışan S.S polis tərəfindən yaxalanıb. Yaralanan qadın isə xəstəxanaya yerləşdirilib.
Şahidlərin bildirdiyinə görə, evli olan S.S bir müddət əvvəl boşanan bir uşaq anası G.M ilə küçədə gedərkən mübahisə edib. İddiaya görə "Məni çox xərcə saldın" deyə qışqıran və belindəki tapançasını çıxarıb dörd dəfə atəş açan S.S qadının hər iki ayağını yaralayıb.
Hadisə ilə bağlı cinayət işi açılıb, istintaq davam edir.
Nihad