Kanada məhkəməsi üç suvari polisini öldürməkdə təqsirli bilinən şəxsi 75 il müddətinə azadlıqdan məhrum edib.
BBC-yə istinadən verdiyi xəbərə görə, bu ilin iyununda Monkton şəhərində Castin Bork üç polis əməkdaşını öldürüb, ikisinə isə xəsarət yetirib.
Hakim qeyd edib ki, bu, Kanadanın tarixində ən ağır cinayətlərdən biridir. Borka qarşı çıxarılan hökm 1962-ci ildən bəri, ölkədə ölüm hökmünün ləğv edilməsindən sonra ən ağır cəzadır.