2 Noyabr 2014 23:19
1 315
12 Punto 14 Punto 16 Punto 18 Punto

Udmurtiyada təhqiqatçılar azyaşlı məktəbliyə hücum edərək, onu zorlamaq istəyən kişi barəsində cinayət işinin istintaını aparır.

Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, qız ona aktiv müqavimət göstərib. O, hətta pedofilin əlindən bıçaqla ona zərbədə vurub.

Pedofilin hücumundan qurtulan 12 yaşlı qız Sarapul rayonunun sakinidir.

Rusiya İstintaq Komitəsinin məlumatına görə, qız mağazaya gedərkən 26 yaşlı tanışı ilə rastlaşıb. 26 yaşlı gənc əvvəllər qarətə görə məhkumluq həyatı yaşayıb.

O, qızı aldadaraq, kimsəsiz əraziyə gətirib. Burada qızı bıçaqla hədələyərək zorlamaq istəyib. Lakin qız bıçağı onun əlindən alaraq, ona zərbə endirib.

"Bu, 12 yaşlı qızın pedofilin əlində qurtulub qaçması üçün kifayət edib" - Rusiya İstintaq Komitəsinin məlumatında bildirilir.

Zərərçəkən hadisədən sonra polisə müraciət edib. Polis qıza hücum edən şəxsi yaxalayıb. Faktla bağlıaraşdırma davam edir.

Nihad


Müəllif: