3 Noyabr 2014 15:04
680
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstirahət günləri respublikanın avtomobil yollarında 14 yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, nəticədə 9 nəfər ölüb, 13 nəfər yaralanıb.

Bakının Suraxanı rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə Suraxanı qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini Baxşeyiş Bayramov idarə etdiyi “Ford Tranzit” markalı avtomobili yolun kənarında dayanmış paytaxt sakini Vahid Məhərrəmova məxsus “Renault” markalı avtomobilə vurub və V.Məhərrəmov hadisə yerində ölüb. Suraxanı rayonunda daha bir yol qəzası qeydə alınıb. Yeni Günəşli qəsəbəsində qəsəbə sakini Namiq Hüseynov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən Şərur rayon sakini Turcan Əliyevi vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Suraxanı rayonunun Suraxanı qəsəbəsində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Hüseynqulu İsmayılov vurulub. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilib. Nərimanov rayonunun H.Əliyev küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Həmzə Heydərnicat vurulub. Piyada xəstəxanaya yerləşdirilib.

Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində naməlum sürücünün idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Valentina Səlimova vurulub. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilib. Nərimanov rayonunun Təbriz küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Gülnaz Tahirova vurulub. O, xəstəxanaya yerləşdirilib.

Göygöl şəhərində Ruslan Nəmayev idarə etdiyi “Lexus” markalı avtomobillə yolu keçən həmyerlisi Elxan Məmmədovu vurub. Xəstəxanaya yerləşdirilmiş piyada ölüb. Gəncə şəhərində də ölümlə nəticələnən yol qəzası baş verib. Nizami prospektində şəhər sakini Rafiz Qasımov idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən həmyerlisi Tərxan Qurbanovu vurub. Xəstəxanaya yerləşdirilmiş piyada ölüb.

Ağdam rayonunun Quzanlı qəsəbəsində ölümlə nəticələnən yol qəzası baş verib. Hindarx qəsəbə sakinləri Zaur Rüstəmovun və Elxan Məmmədovun idarə etdikləri “VAZ” markalı avtomobillər toqquşub. Hər iki sürücü və Z.Rüstəmovun 3 sərnişini xəstəxanaya yerləşdirilib.

Ağstafa rayonunun Poylu kəndində rayon sakinləri Qədir Yusubovun idarə etdiyi “VAZ-2106” və Məcid Batıyevin idarə etdiyi “PAZ” markalı avtomobillər toqquşub. Q.Yusubov hadisə yerində ölüb.

Hacı Zeynalov


Müəllif: