4 Noyabr 2014 12:51
1 002
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə ittiham olunan Quba rayon sakini, 1991-ci il təvəllüdlü Qafar Ağazadənin cinayət işi üzrə məhkəmə başa çatıb.

Teleqraf.com xəbər verir ki, Qafar Ağazadə bu ilin mayın 21-də Quba rayonun Barlı kəndində həmyaşıdı İlqar Babayevi bıçaqlayıb. Bədənin müxtəlif yerlərindən bıçaq xəsarətləri alan İlqar Babayevə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Qafar Ağazadə Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilib. Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Qafar Ağazadə 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər