5 İyul 2021 17:15
431
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda terror-təxribat törətməkdə ittiham olunan Ermənistan vətəndaşları – Karapetyan Rafik Robertoviç, Qoloyan Qurgen Hovannesoviç, Tadevosyan Hrayr Seryojeviç, Maloyan Vaqarşik Merojanoviç, Yeğiazaryan Sasun Seyranoviç, Vardanyan Arsen Araikoviç, Bahrikyan Vahagen Edikoviç, Soğomonyan Setrak Samveloviç, Dilanyan Armen Vazgenoviç, Martonyan Manuk Hovanesoviç, Ambardanyan Mels Karapetoviç, Mikaelyan Andranik Vazgenoviç və Qriqoryan Feliks Arşakoviçin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, günün ikinci yarısında Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan iclasda bir neçə təqsirləndirilən şəxs ifadə verib.

Daha sonra hakim qeyd edib ki, bütün təqsirləndirilən şəxslərin dindirilməsi başa çatıb.

Hakim şahidlərin dindirilməsinin başlanıldığını deyib.

Bundan sonra şahid qismində Azərbaycan Ordusunun iki hərbi qulluqçusu ifadə verib. Onlar bildirib ki, ermənilərin Hadrut istiqamətində özlərinə mövqe tutması ilə bağlı onlara məlumat daxil olub: “Dekabrın 12-də Əlican kəndi yaxınlığında bizə həyacan siqnalı verildi. Biz həmin istiqamətdə irəlilədik. Bizə dedilər ki, onlar dağdan aşağı enirlər. Onları mühasirəyə aldıq. Dedik ki, təslim olmasanız, sizi məhv edəcəyik. Onlar təslim oldu, silahlarını təhvil götürdük. Onları bazamıza gətirdik, sonra adiyyatı üzrə təhvil verdik. Bundan sonra daha iki nəfəri zərərsizləşdirərək təhvil verdik”.

Növbəti proses iyulun 12-də davam edəcək.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər