17 İyul 2021 10:16
1 412
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda ögey anasının qətlə yetirməkdə törətməkdə təqsirləndirilən Günay Məmmədova və həyat yoldaşı Həmzə Verdiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Novruz Kərimovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, hadisə bu il martın 25-də Binəqədi rayonu ərazisində baş verib.

Rayon sakini, 1979-cu il təvəllüdlü Baxşəliyeva Qərənfil İlyas qızının itkin düşməsi ilə bağlı Binəqədi rayon Polis idarəsinə daxil olmuş məlumat əsasında aparılan araşdırma zamanı prokurorluq və polis əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlər”lə açılması təmin edilib.

İtkin düşmüş Qərənfil Baxşəliyevanın qəsdən öldürülməsi müəyyən olunub.

İstintaq araşdırması zamanı müəyyən edilib ki, Qərənfil Baxşəliyeva ögey qızı Günay Məmmədova və onun əri Həmzə Verdiyev ilə aralarında şəxsi münasibətlər zəminində uzun müddətli mübahisələri olub.

Bu səbəbdən Günay Məmmədova əri ilə əlbir olaraq 25 mart 2021-ci ildə birgə yaşadıqları evdə balta ilə çoxsaylı xəsarətlər yetirərək Qərənfil Baxşəliyevanı qəsdən öldürüblər və meyitini Qaradağ rayonu ərazisindəki gölməçəyə atıblar.

Həmzə Verdiyev və Günay Məmmədova tutularaq istintaqa cəlb ediliblər.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər