2 Avqust 2021 17:10
640
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt sakini Biləsuvarda patı və heroinlə tutulub.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhər sakinləri əvvəllər məhkum olunmuş M.Səfərov tanışı E.Qurbanovun idarə etdiyi avtomobildə saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Keçirilən baxış zamanı M.Səfərovun üzərindən 51 qramdan artıq heroin və 40 qrama yaxın metamfetamin aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com