12 Avqust 2021 13:03
5 165
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuz rayonunda qanunsuz olaraq narkotik vasitə satmaqda və saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş, rayon sakini Samir İbrahimov saxlanılıb. Onun yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman oradan narkotik vasitə olan “metamfetamin” və qurudulmuş “marixuana” aşkar edilərək götürlüb.

Polis əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış etədbirləri nəticəsində “patı” satmaqda şübhəli bilinən Nizami Məmmədov da saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman isə qanunsuz olaraq satış məqsədi ilə əldə edib saxladığı narkotik maddə olan “metamfetamin” aşkar edilərək götürülüb.

Bundan başqa rayon sakini Saleh Məmmədov saxlanılan zaman qanunsuz olaraq əldə edib saxladığı narkotik maddə olan “metamfetamin” aşkar olunub.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.


Müəllif: Teleqraf.com