7 Noyabr 2014 16:32
780
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonu ərazisində avtomobil oğurluğu edilib.

Bu barədə Teleqraf.com-a Nizami rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Bakı şəhər sakini Ramil Şükürzadəyə məxsus “VAZ-21015” markalı avtomobilin təkərləri oğurlanıb. Ramil Şükürzadə oğurluq hadisəsi ilə bağlı polisə şikayət edib.

Nizami rayon Polis İdarəsinin 25-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Vüqar Quliyev saxlanılıb.

Hacı Zeynalov


Müəllif: