Ədliyyə Nazirliyi Penitensiar Xidmət əməkdaşları istintaqdan gizlədilmiş silah-sursat aşkar ediblər.
Bu barədə Teleqraf.com-a Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata görə, Penitensiar xidmətinin Əməliyyat-rejim idarəsinin və Müalicə müəssisəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində 1972-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə məsuliyyətə cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilmiş Əmirov Sərvər Xanış oğlu həbsdən əvvəl Yardımlı rayonunda yaşadığı evin yaxınlığından sellofan bükülüdə tapdığı odlu sialh və sursatı könüllü təhvil vermək istədiyini bildirib.
Təqsirləndirilən şəxs S.V.Əmirovun qohumu Yardımlı rayon sakini İsmailov Vüsal Asif oğlu vasitəsi ilə təhvil verilən, darağında gülləsi olmayan, “ATMAGA-2004-Light” tipli 1 ədəd tapanca, həmin tapancaya məxsus 95 ədəd 9 mm kalibirli patron və AKM markalı avtomat silaha məxsus içərisində 5-45 kalibirili 22 ədəd güllə olan 1 ədəd daraqdan ibarət silah-sursat Penitensiar xidmət əməkdaşlarının iştirakı ilə hüquqi qiymət verilməsi üçün Bakı şəhəri Nizami rayon Polis İdarəsinə təhvil verilib.
Qeyd edək ki, bu ilin iyul ayında İrandan qaçaqmalçılıq yolu ilə siqaret gətirən Seymur Məriş oğlu Əməşov həbs edilib, daha sonra isə qrupun digər üzvü - Elnur Fəxrəddin oğlu Rzayev saxlanılıb. Yalnız bundan sonra rayonda xüsusi mülk və sərvət sahibi olan, “mötəbər şəxs” sırasında adı keçən qrup rəhbəri Sərvər Xanış oğlu Əmirov həbs edilib.
Hacı Zeynalov