8 Noyabr 2014 09:29
480

Tovuz rayonu sakininin tövləsində yanğın baş verib.

Teleqraf.com-un FHN mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə rayonun Aşağı Quşçu kəndində baş verib.

Məlumata görə, ümumi sahəsi 20 kv.m olan tövlənin yanar konstruksiyaları yanıb, bu zaman tövlədə olan 2 baş iribuynuzlu heyvan tüstüdən boğularaq tələf olub.

Yaxınlıqda olan ot tayaları və ev yanğından mühafizə olunub.

Yanğın saat 07:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif:
Загрузка...