8 Noyabr 2014 22:23
679
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Karaman vilayətində kömür şaxtasının uçması ilə bağlı 8 nəfər saxlanılıb.

Teleqraf.com-un məlumatına görə, bu barədə bu gün Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız bildirib.

“Baş prokuror bizə saxlanılanlar arasında şaxtanın sahibi, onun iki şəriki və texniki şöbənin 5 əməkdaşının olduğunu bildirib”, deyə T.Yıldız bildirib. Nazirin sözlərinə görə, şaxtanın su altında qalmasına səbəb qazıntı işlərinin su ilə dolu köhnə şaxtanın həddindən çox yaxınlığında (6-7 metrlikdə) aparılması olub.

“Bu, şaxtanın texniki personalının yol verdiyi səhvdir. Onlar işçilərin xəbərdarlıqlarına məhəl qoymayaraq onlara köhnə şaxtanın 50-60 metr aralıda olduğunu inandırmağa çalışıblar”, deyə nazir əlavə edib.

Xatırladaq ki, Karaman vilayətinin Ermenek şəhəri yaxınlığındakı kömür mədənində uçqun oktyabrın 28-də baş verib. Su borusunun zədələnməsi səbəbindən baş vermiş uçqun nəticəsində 18 şaxtaçı yerin altında qalıb. Noyabrın 6-da 2 şaxtaçının meyitini uçqun altından çıxarmaq mümkün olub. Axtarış işləri davam etdirilir.


Müəllif:

Oxşar xəbərlər