3 Sentyabr 2021 17:06
497
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəlilabadda yaşayış yerini tərk edən aktiv koronavirus xəstələri aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan Teleqraf.com-a bildirilib ki, Cəlilabad rayon sakinləri - E.Xammədov və İ.Əzizov COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə, ev şəraitində müalicə təyin olunub və onlara tətbiq edilən qaydalara riayət etmələri, yaşayış yerini tərk etməmələri tapşırılıb.

Lakin Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə həmin şəxslərin karantin qaydalarını kobud şəkildə pozaraq və xəstəliyin digər insanlara yoluxmasına real təhlükə yaradaraq yaşadıqları ünvanları tərk etdikləri müəyyən edilib və onlar tibbi prosedurlar gözlənilməklə yaşadıqları ünvanlara qaytarılıblar

Faktlarla bağlı araşdırma aparılır


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər