Bakıda dəhşətli cinayətlər törədən şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, əməliyyat Suraxanı rayon Polis İdarəsi 31-ci polis bölməsi əməkdaşları tərəfindən keçirilib.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Əmircan qəsəbə sakini 1984-cü il təvəllüdlü Rövşən Əliyev tutulub.
Saxlanılan şəxs noyabrın 8-də saat 20:00 radələrində, Əmircan qəsəbə sakini 1987-ci il təvəllüdlü Arif Abbasovu bıçaqlayıb. Daha sonra 1985-ci il təvəllüdlü Şahrza Mirzəyevi öldürüb. Onun digər cinayətlərdə də əlaqəli olub-olmadığı araşdırılır.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır./Ans/