8 Sentyabr 2021 23:26
1 028
12 Punto 14 Punto 16 Punto 18 Punto

Goranboy sakinini bıçaqlayan şəxs tutulub.

Daxili İşlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, keçmiş Milli Qəhrəman Rasim Əkbərovu bıçaqlayan şəxs Xaliq Məmmədov saxlanılıb.

O, Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat zamanı saxlanılıb, ilkin dindirilmə zamanı R.Əkbərova 5-6 bıçaq zərbəsi vurduğunu deyib.

Qeyd edək ki, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə Azərbaycan Prezidentinin 23 iyun 1992-ci il tarixli 6 saylı fərmanı ilə Əkbərov Rasim Ağa oğluna “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib.

Ancaq sonralar dövlət çevrilişinə cəhddə günahlandırılaraq 15 illik həbs cəzası alan R.Əkbərovun bu fəxri adı da ləğv olunub. Belə ki, Azərbaycan Prezidentinin 18 iyul 2001-ci il tarixli 537 saylı fərmanı ilə R.Əkbərov “Azərbaycanın Milli Qəhrəmanı” adından və “Azərbaycan Bayrağı” ordenindən məhrum edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər