11 Noyabr 2014 15:28
834
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Qızıldaş qəsəbəsində qeydə alınıb. Sumqayıt şəhər sakini Murad Salmanov idarə etdyi “Skoda” markalı avtomobillə yolu keçən Ağstafa rayon sakini Azər Həsənovu vurub. Xəstəxanaya yerləşdirilmiş piyada ölüb.

Faktla bağlı Qaradağ rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: