Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib. Gəncə şəhər Baş Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, 1994-cü il təvəllüdlü Mənzər Məmmədova bıçaqlanıb.
Mənzər Məmmədova bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Mənzər Məmmədovanın həyat yoldaşı Nicat İsmayılov tərəfindən bıçaqlandığı məlum olub. O, həbs edilib.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov