13 Noyabr 2014 18:08
845
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluq və seksual xarakterli hərəkətlər etməkdə təqsirli bilinən 1979-cu il təvəllüdlü Ədalət Quliyevin cinayət işi üzrə məhkəmə başa çatıb.

Teleqraf.com xəbər verir ki, Ədalət Quliyev Cinayət Məcəlləsinin 181-ci (quldurluq) və 150-ci (seksual xarakterli zorakılıq hərəkətləri etmək) maddəsi ilə ittiham edilir.

İttihama görə, Ədalət Quliyev S.Səmədovanı (ad şərti verilib) qarət edib. O, S.Səmədovanı qarət edəndən sonra zorakılıq göstərərək, onunla cinsi əlaqədə olub.

Hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Ədalət Quliyev 12 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər