27 Oktyabr 2021 10:45
498
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda ərini boyunbağı ilə boğaraq öldürməkdə təqsirləndirilən İnnesa İsmayılovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi araşdırılması üçün hakim Fikrət Qəribovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, bu ilin mayın 9-da, saat 22 radələrində 1952-ci il təvəllüdlü Rəşid Axundovun kirayədə yaşadığı Səbail rayonu, Fikrət Əmirov küçəsi ev 1, mənzil 54 ünvanında üzərində xəsarət izləri olan meyiti aşkar edilib.

İstintaq tədbirləri ilə Rəşid Axundovun arvadı İsmayılova İnnesa Vladimirovna tərəfindən yaşadıqları mənzildə 9 may 2021-ci ildə, saat 18 radələrində ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı ərini cəzalandırmaq məqsədlə əli ilə zor tətbiq edib bədəninin müxtəlif nahiyələrinə zərbələr endirməsinə, bununla kifayətlənməyərək əməlini davam etdirib, Rəşid Axundovun daimi boynunda gəzdirdiyi gümüş boyunbağı boğaraq öldürüb.

İnnesa İsmayılova tutularaq istintaqa təhvil verilib.

İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov