2 Noyabr 2021 11:11
976
12 Punto 14 Punto 16 Punto 18 Punto

İmişli rayonunda 11 yaşlı qızı zorlayan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

İmişli rayon sakini, 2010-cu il təvəllüdlü A.N-nın (ad şərtidir) atalığı il 1978-ci il təvəllüdlü S.C (ad şərtidir) tərəfindən zorlanması faktı əsasında sonuncuya Cinayət Məcəlləsinin 149.3.3 (zorlama təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) və 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq davam edir.

Qeyd edək ki, İmişli Rayon Mərkəzi xəstəxanasından rayon sakini 2010-cu il təvəllüdlü A.N-nın (ad şərtidir) hamiləlik vəziyyətinin aşkar edilməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

Xatırladaq ki, 11 yaşlı qızın övladı Respublika Klinik Xəstəxanasının Patologiyası şöbəsində qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib. Körpə 30-31 həftəlikdir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər