Bakının Suraxanı rayonunda intihar hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Suraxanı rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, hadisə rayonun İ.Musayev küçəsi 1-A ünvanında qeydə alınıb. Xanım Orucova yaşadığı evdə özünü asaraq ölüb. Onun asılmış meyiti ailə üzvləri tərəfindən aşkar olunub.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov