11 Noyabr 2021 09:47
425
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda həyat yoldaşını küçədə xüsusi amansızlıqla qətlə yetirən şəxsin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Faiq Qəniyevin icratına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, hadisə bu ilin iyulun 24-də paytaxtın Binə qəsəbəsində yeni yaşayış massivində baş verib.

Lerik rayonunun Çayrud kənd sakini Meyxoş Cəfərov qısqanclıq zəminində həyat yoldaşı, 1989-cu il təvəllüdlü Xatirə Fərəcovaya 10 bıçaq zərbəsi vuraraq qətlə yetirib.

Əri Xatirəni çalışdığı gözəllik salonunun qarşısında qətlə yetirib.

Qətlin törədilməsinə Fərəcova Xatirənin ərindən boşanmaq istəməsi səbəb olub.

Hadisə yerindən qaçan Meyxoş Cəfərov həmin vaxt ərazidə xidmət edən Xəzər rayon Polis İdarəsinin 3-cü polis bölməsinin əməkdaşları tərəfindən tutulub.

İstintaq orqanı tərəfindən Meyxoş Cəfərovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Qeyd edək ki, Xatirə Fərəcova 3 uşaq anası olub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər