Bakıda ağır yol qəzası baş verib.
Teleqraf.com-un məlumatına görə, hadisə bu gün axşam saatlarında Hövsan qəsəbəsində qeydə alınıb. “Mercedes” markalı minik maşını yolu keçən 2 qadını vurub. Nəticədə onların biri hadisə yerində dünyasını dəyişib, digəri ağır xəsarət alıb.
Onların şəxsiyyəti dəqiqləşdirilir. Şahidlərin verdiyi xəbərə görə, ölən qadının adı Gülnarədir (soyadı dəqiqləşdirilir). Məlumata görə, o, Hövsan qəsəbəsində yerləşən 196 saylı məktəbin tarix müəlliməsidir.
Suraxanı Rayon Polis İdarəsindən faktı təsdiqləyərək bildiriblər ki, baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.