Bakının Nizami rayonunda soyğunçuluq hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Nizami rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, hadisə rayonun H.Əliyev prospektində qeydə alınıb. Şəxsiyyəti məlum olmayan 4 nəfər Tovuz rayon sakini Vüsalə Əliyevaya zor tətbiq edərək içərisində 30 manatı və 5 türk lirəsi, habelə kosmetik əşyaları olan çantasını alıblar. Cinayəti törədənlər hadisə yerindən qaçıblar.
Vüsalə Əliyeva soyğunçuluq hadisəsi ilə bağlı Nizami rayon Polis İdarəsinin 23-cü polis bölməsinə şikayət edib. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Sumqayıt şəhər sakinləri Nicat Məmmədov, Rövşən İsayev və Ağsu rayon sakini Vüsal Həmzəyev tutulublar.
Hacı Zeynalov