17 Noyabr 2014 16:49
825
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

Gəncə şəhər Baş Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, 4-cü mikrorayon ərazisində 40 yaşlı şəhər sakini Şahin Zeynalov bıçaqlanıb.

Yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Əməliyyat zamanı onun üzərində daxilə nüfuz edən 3 bıçaq zərbəsi aşkarlanıb. Həkimlər xəstənin vəziyyətinin ağır olduğundan Şahin Zeynalovu reanimasiya şöbəsinə yerləşdirib.

Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 14-də Şahin Zeynalova bıçaqla xəsarət yetirməklə sağlamlığına ağır zərər vurmuş Gəncə şəhər sakini Elçin Fərhadzadə tutulub.

Hacı Zeynalov


Müəllif: