Biləsuvar rayonunda narkotik vasitələri yayanların həbs edilməsi ilə bağlı əməliyyat keçirilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Biləsuvar rayon Polis Şöbəsi, Baş Narkotiklərlə Mübarizə İdarəsinin cənub regional şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə həyata keçirdikləri tədbirlər nəticəsində Bakı şəhər sakini Əziməmməd Məmmədov tutulub. Ondan 1 kiloqram tiryək və 6 kiloqram həşiş qatranı götürülüb.
Əməliyyat Yardımlı rayonunun Pirenbel kəndi ərazisində keçirilib.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov