Tərtər rayonunda oğurluq edən iki qardaş həbs edilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsi və Tərtər rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Kəlbəcər rayon sakinləri Ceyhun Salmanlı, Zaməddin Həsənli və onun qardaşı Yaməddin tutulublar.
Onlar noyabrın 1-dən 10-dək olan müddətdə Seydimli kənd sakini Vəkil Mirzəyevə məxsus 4 baş və Borsunlu kənd sakini İlqar Əliyevə məxsus 1 baş qoyunu oğurlayıblar.
Hacı Zeynalov