19 Noyabr 2014 23:59
712
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda yanğın hadisəsi qeydə alınıb.

Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Suraxanı rayonunda ümumi sahəsi 3 kv.m olan taxta konstruksiyadan ibarət köşk yanıb.

Yanğın zamanı tüfeyli həyat tərzi sürən, şəxsiyyəti məlum olmayan (40-45 yaşlı kişi) bir nəfər yanıq xəsarəti alıb və təcili tibbi yardım stansiyasının əməkdaşları tərəfindən aidiyyatı üzrə aparılıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 21:31-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: