Rusiyanın Nijni Novqorod şəhərində Mariya Qlikina qətli təhlükəli cinayətkar Andrey Çikatilonun adını yenidən gündəmə gətirib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, 50 qadını qətl edən Andrey 1990-ci ildə həbs olunmasında 19 yaşlı Mariya Qlikinanın polis babasının köməyi olub.
19 yaşlı Mariya noyabrın 8-də itkin düşüb. Axtarışlara başlayan polis 4 gündən sonra onun cəsədini tapıb. Cəsədin üzərində çoxlu sayda işgəncə izləri müəyyən edilib.
Qızın qohumlarının iddialarına görə, qətl Çikatilonun yaxınları tərəfindən intiqam məqsədi ilə törədilib.
Qeyd edək ki, 20-ci əsrin ən qəddar qatillərindən olan Andrey Çikatilo 1978-1990-cı illər arasında 50 qadını öldürüb. 1990-cı ildə həbs edilən qatilin məhkəməsi 4 il davam edib. Məhkəmənin qərarı ilə 14 fevral 1994 edam cəzasına məhkum edilən qatil güllələnib.
Rüstəm