4 Fevral 2022 18:37
959
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Səadət Xəlilov, Qulu Muxtarov və Sahil Abuşovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Teleqraf.com xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyilə keçirilən iclasda təqsirləndirilən S.Xəlilovun vəkili Hafiz Ələsgərov vəsatət qaldırıb.

O, S.Xəlilovla “Bakı Metropoliteni” QSC-nin keçmiş rəisi Tağı Əhmədov arasında telefon danışıqlarının məhkəmədə araşdırılmasını istəyib.

Həmçinin vəkil T.Əhmədovun məhkəməyə çağırılaraq dindirilməsini də tələb edib.

Məhkəmənin növbəti iclası fevralın 18-nə təyin olunub.

Qeyd edək ki, məhkəmənin gedişində məlum olub ki, "Bakı Metropoliteni"nin keçmiş rəisi T.Əhmədov yaxın dostu, AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini, professor Soltan Əliyev vasitəsilə S.Xəlilov, Q.Muxtarov və S.Abuşova ümumilikdə 2 milyon manata yaxın pulu sələmə verib. Onlar mərmər biznesində böyük qazanc olduğunu deyərək T.Əhmədovu bu işə pul yatırmağa inandırıblar. T. Əhmədov isə pulları həmin şəxslərə verib. Daha sonra sələmi qaytara bilmədikləri üçün S.Əliyev onlardan şikayət edib.

Cinayət işi üzrə zərərçəkmiş kimi S.Əliyev tanınır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər